manera.az
manera.az

Qafqaz Albaniyasına dair yeni kitab | MANERA.AZ

Qafqaz Albaniyasına dair yeni kitab | MANERA.AZ


Kitabevim.az mağazasında professor Qafar Cəbiyevin “Elm və Təhsil” nəşriyyatinda çapdan çıxan "Girdiman. Tarixi və Tarixi-coğrafiyası" kitabının təqdimat mərasimi olub.

Kitabda erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında xüsusi yeri olan Girdiman vilayətinin tarixi və tarixi-coğrafiyasından bəhs olunur.

Mərasimdə Azərbaycanın tanınmış tarixçi, arxeoloq, memar və sənətşünasları iştirak edib.

Tədbirdə MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli tanınmış alim və ziyalı Qafar Cəbiyev və onun kitabı haqqında danışıb. Qeyd edib ki, müəllifin son zamanlar silsilə şəklində nəşr etdiriyi kitablar maraq doğurur.

Kitabın müəllifi Qafar Cəbiyev əsərin yazılma səbəbləri, son vaxtlara qədər Girdiman vilayətinin lokalizə olunmasındakı yanlışlıqlar, apardığı tədqiqatlar barədə məlumat verib.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, rəyçiləri AMEA-nın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasidir.

Cəfər Qiyasi son zamanlar tarixə diletant baxışın artdığını, belə məqamda tarixçi alimlərin əsərlərinin nəşrinin zəruri olduğunu qeyd edib.

Professor Kübra Əliyeva Qafqaz Albaniyasını araşdıran alimlərin bu əsəri mənbə kimi istifadə edəcəyinə inandığını deyib.

Professor Qasım Hacıyev kitabın həm də Qafar Cəbiyevin doktorluq dissertasiyasının davamı olan fundamental tədqiqat əsəri kimi xarakterizə edib.

Qafqaz Albaniyasına dair yeni kitab | MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031