manera.az
manera.az

Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri | MANERA.AZ

📅 11.11.2015 11:53

Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri | MANERA.AZ

Almatıda “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimatı olub

Noyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Xalq Şairi, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunub.

Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, kitaba şairin Azərbaycan dilindəki şeirləri ilə yanaşı, qırğız, türk, türkmən, qazax dillərinə tərcümə edilmiş şeirlər daxil edilib.

Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olan hər kəsə TÜRKSOY adından mükafatlar təqdim olunub.


Baxış sayı - 2 628 | Yüklənmə tarixi: 11.11.2015 11:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031