manera.az
manera.az

Gəncədə Qərib Mehdinin 85 illik yubileyi keçirilib

Gəncədə Qərib Mehdinin 85 illik yubileyi keçirilib
Gəncədə nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Qərib Mehdiyevin 85 illik yubileyi qeyd olunub.

MANERA.AZ xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən yubiley gecəsində Qərib Mehdinin həyat və yaradıcılığına nəzər salınıb, onun əmək fəaliyyəti haqqında danışılıb.

Bildirilib ki, Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Qərib Mehdiyevin əsərləri bir çox xarici dillərdə nəşr olunub.

Daha sonra tədbir iştirakçıları ömrünü yaradıcılığa həsr edən Qərib Mehdini 85 illik yubileyi münasibətilə təbrik edərək ona xoş arzularını diləyiblər və hədiyyələr təqdim ediblər.

Yubiley gecəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Mahnı və Rəqs Ansamblının muğam üçlüyünün təqdimatında xalq və bəstəkar mahnıları səslənib.

Gəncədə Qərib Mehdinin 85 illik yubileyi keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031