manera.az
manera.az

Yaşar Nurinin 70 illik yubileyi qeyd edilib

Yaşar Nurinin 70 illik yubileyi qeyd edilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin (1951–2012) 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, teatr və kino ictimaiyyətinin nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.

Yubiley gecəsində çıxış edən Anar Kərimov Yaşar Nurinin həyat və sənət yoluna nəzər salıb, onu Azərbaycan mədəniyyətinin böyük sənətkarı kimi xarakterizə edib.

Teatrşünas, professor İlham Rəhimli deyib ki, Azərbaycanın teatr və kino sənətində nadir sənətkarlarından biri də Yaşar Nuri idi. Xalq artisti Vaqif Mustafayev bildirib ki, Yaşar Nuri canlandırdığı obrazları daxilən dərindən hiss etdiyindən, onu bütün varlığı ilə yaşadığından çəkilişlər bitəndən sonra da həmin obrazdan uzun müddət çıxa bilmirdi. Xalq artisti Ramiz Həsənoğlu və başqa çıxış edənlər də sənətkarın yaradıcılıq keyfiyyətlərindən danışıb, xatirələrini bölüşüblər.

Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, sənətkarın qızı Ülkər Nuriyevanın ifasında musiqi nömrələri yubiley gecəsinə rəng qatıb.

Gecədə həmçinin Yaşar Nurinin rol aldığı səhnə əsərləri, film və televiziya tamaşalarından fraqmentlər tamaşaçıların könlünü oxşayıb.

Sənətkarın ailəsi adından çıxış edən qızı Ülviyyə Nuriyeva yubiley tədbirinin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930