manera.az
manera.az

“Söz”ün təqdim olunub MANERA.AZ

📅 16.11.2015 10:41

“Söz”ün  təqdim olunub MANERA.AZ
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan “Söz” adlı ədəbi layihənin ilk təqdimatı keçirilib.

Tədbirdə layihənin rəhbəri Nigar Həsənzadə məqsədin Azərbaycanın klassik şair və yazıçılarının oxuculara daha yaxından tanıdılmasından ibarət olduğunu qeyd edib. Layihənin yeni gənc yazıçıların yetişməsində müstəsna rola malik olacağı diqqətə çatdırılıb.
“Söz”ün  təqdim olunub MANERA.AZ
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar sözün insan həyatında və ünsiyyətində xüsusi əhəmiyyətə malik olmasından danışıb. Xalq Yazıçısı ədəbiyyata və söz sənətinə marağın artırılmasına xidmət edən layihənin sonda müsbət nəticələnəcəyinə əminliyini ifadə edib.

Sonra Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən olan “Dədə Qorqud” filmindən fraqmentlər nümayiş olunub.

Tədbirdə Xalq Artisti Nurəddin Mehdixanlı, aktyorlar Hikmət Rəhimov və Mələk Abbaszadənin təqdimatında bir sıra klassik söz ustalarımızın qəzəlləri səsləndirilib.

Tədbir konsert proqramı ilə davam edib.




Baxış sayı - 1 375 | Yüklənmə tarixi: 16.11.2015 10:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930