"Yazıçılarımızı dünyaya tanıdaq" | MANERA.AZ
![]()
Sentyabrın 17-də IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində "Hədəf" nəşriyyat evinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan "Yazıçılarımızı dünyaya tanıdaq" kitab dəsti oxuculara təqdim olunub.
MANERA.AZ xəbər verir ki, layihəsi çərçivəsində "Yazıçılarımızı dünyaya tanıdaq" nəşrlərində Azərbaycanın 20-dək tanınmış yazıçısının həyat və yaradıcılığı haqqında məlumat verilməklə yanaşı, onların əsərlərindən müəyyən nümunələr təqdim edilib.
Sözügedən layihənin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihənin rəhbəri isə filologiya elmləri doktoru, dosent Şamil Sadıqdır.
Kitaba yazılmış "Ön söz"ün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti , akademik İsa Həbibbəylidir.
Qeyd edək ki, Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan topluda Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, İlyas Əfəndiyev, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Məmməd Araz, İsa Muğanna, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli ədəbiyyat nümayandələrinin əsərlərindən seçmələr yer alıb.