manera.az
manera.az

“Toya bir gün qalmış” komediyası nümayiş olunub MANERA.AZ

“Toya bir gün qalmış” komediyası nümayiş olunub MANERA.AZ

Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib

Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olur. Musiqili Teatr A. Bəşirqızının 60 illik yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırıb.

MANERA.AZ xəbər verir ki, yubiley tədbirləri çərçivəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Evində tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Xalq artisti Afaq Bəşirqızının həyat və yaradıcılığından söz açaraq onun göstərdiyi xidmətdən, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.

Sonra Xalq artisti, “Şöhrət” ordenli, xalqımızın sevimli sənətkarı Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər.

“Toya bir gün qalmış” komediyası nümayiş olunub MANERA.AZ
“Toya bir gün qalmış” komediyası nümayiş olunub MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031