manera.az
manera.az

Birinci Gəncə Kitab Sərgisi keçirilir - Fotolar

Birinci Gəncə Kitab Sərgisi keçirilir - Fotolar
Gəncədə I Kitab Sərgisi keçirilir.

Manera.az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil edilən sərgi “Nizami Gəncəvi İli”nə həsr olunub.

Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir. Sərgidə kitablara 50 faizədək endirim tətbiq olunur, həmçinin məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramlar keçiriləcək.

Sərgidə toplam 25-30 min kitab satışa çıxarılıb. Sərgidə 2500 adda kitab müxtəlif qiymətlərə təqdim olunur. Qeyd edək ki, kitabların arasında pulsuz kitablar da var. Sərgi noyabrın 28-dək davam edəcək.

Sərgidən öncə dahi şair Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib.

Qeyd edək ki, sərgi “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə təşkil olunur.

Birinci Gəncə Kitab Sərgisi keçirilir - Fotolar
Birinci Gəncə Kitab Sərgisi keçirilir - Fotolar
Birinci Gəncə Kitab Sərgisi keçirilir - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31