manera.az
manera.az

Bölgələrdə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər keçirilir - Fotolar

📅 14.08.2021 15:23

Bölgələrdə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər keçirilir - Fotolar
Bölgələrdə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər davam edir.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi təşkil edib.

Manera.az xəbər verir ki, sərgidə heykəltəraş Rauf İbrahimov, rəssamlar Ərkinaz Salmanzadə, Səriyyə Yarıyeva, Fatimə Əliyeva, Turanxanım Cavadova və Vüsalə Kərimzadənin əl işləri nümayiş olunub.

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində “Dahilərlə ucalan dünyamız” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə rayonun mədəni-maarif müəssisələrinin, rayonda fəaliyyət göstərən digər qurumların nümayəndələri və regional idarənin əməkdaşları iştirak ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Nizami-uşaqların gözü ilə” adlı sərgi keçirib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Zərdabi qəsəbə kitabxanası “Dahi şəxsiyyət” başlığı altında sərgi təşkil edib.

Bölgələrdə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər keçirilir - Fotolar
Bölgələrdə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər keçirilir - Fotolar


Baxış sayı - 606 | Yüklənmə tarixi: 14.08.2021 15:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031