Pərvanə Alxaslının uşaq şeirləri | MANERA.AZ
![]()
manera.azmanera.azmanera.az
“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə Pərvanə Alxaslını təqdim edir:
Aysu üçün
Bizim balaca Aysu
Yaman maraqlı qızdı,
Eylədim onu arzu
İndi qışım da yazdı.
Aysu qızım neyləyir ?
Soruşmurlar bir məndən,
Mənə kömək eyləyir,
Axşamadək səhərdən.
Bir gün beləcə Aysu,
Oyanmışdı yuxudan,
Dedi: - Anacan , məgər,
Yaranmışam mən sudan ?
Aydan , sudan saf qızım,
Qucaqladım yavrumu,
Dedim: -Səndən , Aysunum
Bu dünyada ya varmı?
Sən yarandın nağıldan,
Həm aydan, həm də sudan.
Bu bir eşqin qayəsi,
Məhəbbət hekayəsi.
Ayın əksi sularda
Daha gözəl görünür,
Uşaqlar əfsanələr,
Nağıllarla böyüyür.
Ayla suyun eşqindən
Bir məhəbbət boylandı
Bax elə həmin gündən,
Aysu qızım yarandı.