manera.az
manera.az

İbtidai siniflərin payız tətili başlayıb

İbtidai siniflərin payız tətili başlayıb
Azərbaycanın orta məktəblərində payız tətili başlayıb.

Manera.az xəbər verir ki, bu gün ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində bir günlük tətildir.

6 günlük məktəblərin ibtidai siniflərində isə bu gün və sabah dərs olmayacaq.

Amma ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.

Tətil noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, tədris planına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunur.

Xatırladaq ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829