manera.az
manera.az

Bəzi tətil günləri dərs günləri ilə əvəz olunub - Rəsmi

📅 11.09.2021 15:16

Bəzi tətil günləri dərs günləri ilə əvəz olunub - Rəsmi
Nazirlər Kabineti Azərbaycanda 2021-2022-ci il tədris ilinin gec başlaması ilə bağlı məktəblərdə tətil günlərinin vaxtını dəyişdirib.

Manera.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 31 yanvar tarixləri dərs günləri hesab edilib.


Baxış sayı - 676 | Yüklənmə tarixi: 11.09.2021 15:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930