manera.az
manera.az

"ƏSA" Teatrı teatr festivalının qalibi oldu

📅 11.11.2021 12:47

"ƏSA" Teatrı teatr festivalının qalibi oldu
ƏSA Teatrının xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə və bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf etdiyi "Qonşu" film-tamaşası Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) qalibi olub.

Manera.az xəbər verir ki, 11 dövlət teatrı, 6 özəl teatr, 5 müstəqil sənətçinin (22 tamaşa) iştirak etdiyi festivalın təntənəli bağlanış mərasimində birinci yerin qalibi ƏSA Teatrı elan olunub. Mükafatı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu “Qonşu” tamaşasının yaradıcı heyəti xüsusi diplom, “Dəfnə mükafatı” və 1500 AZN pul mükafatına layiq görülüb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan “Qonşu” film-tamaşasının ictimaiyyətə açıq təqdimatı tezliklə baş tutacaq.


Baxış sayı - 566 | Yüklənmə tarixi: 11.11.2021 12:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930