manera.az
manera.az

“Çölçü” beynəlxalq festivalın qalibi oldu

📅 18.02.2020 09:49

“Çölçü” beynəlxalq festivalın qalibi oldu
Hindistanın Kəlküttə şəhərində keçirilən “Crown Wood Beynəlxalq Film Festivalın”da Şamil Əliyevin “Çölçü” filmi “Best Narratıve Feature” (Ən yaxşı bədii film) və “Best dırector” (Ən yaxşı rejissor) mükafatlarının qalibi elan edilib.

Manera.az xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 60 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.
“Çölçü” beynəlxalq festivalın qalibi oldu
“Çölçü” ümumilikdə bi neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.


Baxış sayı - 761 | Yüklənmə tarixi: 18.02.2020 09:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031