manera.az
manera.az

Özümü özümə düşmən elədim.. - Yeni şeirlər

Özümü özümə düşmən elədim.. - Yeni şeirlər
MƏHƏMMƏD

***
Daha sənsiz keçər fəsillər, illər,
Ovudar həsrəti köhnə şəkillər...
Sevdanı köksümə sıxıb yaşaram,
Hər gecə adına şeir qoşaram...

Hə, bu hava havaların həzini... -
Oxşayaram hər bucaqda izini...
Xatırlaram gülüşünü, səsini,
Gülümsərəm, gözlərimə nur gələr...
Darıxaram, dünya mənə dar gələr...

Özümü Allahdan aralı qoydum,
Səni uzaqlarda soralı qoydum...
Çiçək ürəyini yaralı qoydum,
Hər şeyə, hər şeyə peşman elədim...
Özümü özümə düşmən elədim...

Çox xoşbəxt ol, gülüm, sənə dilərəm...
Səni gəzən göz yaşımı silərəm...
Yanar sinəm, aram-aram ölərəm,
Kimsə çatmaz harayıma, hayıma...
Həsrət qaldım Tanrı verən payıma...

Eşitməyim həsrətlisən, naçarsan,
Unut məni elə indi, bacarsan...
Oğlun olar, qızın olar, yaşarsan,
Oldu, keçdi, yarımadı o sevgi,
Bizimlə bir qarımadı o sevgi...

Anama

Mən də sənin kimi lal-dinməz oldum,
Qorxuram söz-söhbət, dava-dalaşdan...
Qorxuram bir dostun acı sözündən,
Qorxuram, qorxuram hər qəlbi daşdan...

Mən də sənin kimi sakit, fağıram,
Başımı beş yaşlı uşaq da yozar...
Eh, nə sən böyüdün, nə mən böyüdüm,
Vallah, elə bizim beş yaşımız var...

Bir dili qurumuş səsin qaldırar,
Yaxar bağrımızı kobudluq közü...
Cavabın verməyə dilimiz gəlməz -
Susarıq, udarıq, anam, hər sözü...

Hər şeyi malala, hər şeyi boşla,
Bilmirəm, həyatı düzmü yaşadıq...
İllər nə tez keçir, baxıb deyirəm,
Ay Allah, bu ömrü bizmi yaşadıq...

Biz ürək yandırdıq hamıdan ötrü,
Heç kəs öz oduna yiyə durmadı...
Nanəciblər bizə tənə edəndə
Allah arxamızda niyə durmadı?

Biz belə gəlmişik, belə gedərik,
Çatarıq-çatmarıq arzuya kama...
Sənin xasiyyətin kişiyə getmir,
Ana, oxşayardım gərək atama...


***
Baxdım axan çaya, baxdım göylərə,
Baxdım ağaclara, baxdım quşlara,
İnsanlara baxdım, özümə baxdım,
Gördüm ki, o deyil, nəsə o deyil...

Yoxluğun sataşdı gözümə birdən,
Darıxdım, çəkildim özümə birdən,
Amandı, düşərsən izimə birdən,
Gördüm ki, o deyil, nəsə o deyil...

Axır damcı-damcı qan ürəyimdən,
Kölə də çıxarmış xan ürəyimdən...
Bu dəfə doğmalıq duymadım səndən,
Gördüm ki, o deyil, nəsə o deyil...

Qurbandı bu aylar, bu illər sənə,
Qurbandı bu ürək, bu əllər sənə...
Çatmadı etdiyim haraylar sənə,
Gördüm ki, o deyil, nəsə o deyil...

Ayrıldıq, qırıldı bu yerdə baxtım,
Yerlərə çırpıldı sözlərim, əhdim...
Bu gecə güzgüdə özümə baxdım,
Gördüm ki, o deyil, nəsə o deyil...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031