manera.az
manera.az

Nağıl qəhrəmanlarının səyahət | MANERA.AZ

[Nağıl qəhrəmanlarının səyahət | MANERA.AZ

“Nağıl qəhrəmanlarının səyahəti” adlı Yeni il şənliklərinin məşqlərinə başlanılıb

Yanvarın 2,3,4 –də Heydər Əliyev Sarayında uşaqlar üçün “Nağıl qəhrəmanlarının səyahəti” adlı Yeni il şənlikləri keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tamaşada balacaları Cırtdan və dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və s.) başına gələn yeni il sərgüzəştləri gözləyir.

Bundan əlavə, sarayın səhnəsində quraşdırılan ən böyük əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng, interaktiv tamaşanın iştirakçısı olacaq və əylənəcəklər.

Bir çox başqa sürprizlər Yeni il şənliklərini uşaqlar üçün maraqlı və yaddaqalan edəcək.

Hazırda Heydər Əliyev Sarayında Yeni il şənliklərinin məşqlərinə başlanılıb. Səhnədə 200-dən çox iştirakçısı olacaq nağıl tamaşanın biletlərini şəhərin kassalarından əldə etmək olar.

Saat 13:00-da başlayacaq konsertin biletləri 5-25 manat arasında satışa çıxarılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031