manera.az
manera.az

“Oyaq gözəl” tamaşası səhnələşdirilir - MANERA.AZ

📅 29.10.2015 14:52

“Oyaq gözəl” tamaşası səhnələşdirilir - MANERA.AZ

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib.

Tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun "Yatmış gözəl" nağılından bəhrələnərək qələmə aldığı ikihissəli "Oyaq gözəl" pyesi əsasında eyniadlı tamaşa hazırlanır.

Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri ayrı-ayrı situasiyalarla təqdim edən tamaşada canlı plan və kukla oyunu vəhdətdə təqdim edilir.

Noyabrın sonuncu həftəsində premyerası reallaşacaq tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnarə Hacıyeva, Elnur Xəlilov, Cavid Telman və Araz Həsənov ifa edir.


Baxış sayı - 1 486 | Yüklənmə tarixi: 29.10.2015 14:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930