manera.az
manera.az

Xalq teatrları festivalının qalibləri | MANERA.AZ

Xalq teatrları festivalının qalibləri  | MANERA.AZ

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan xalq teatrının 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər xalq teatrları festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərdəkan mədəniyyət sarayında keçirilən tədbirdə festival haqqında məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının işinin daha da səmərəli təşkili, xalq yaradıcılığının inkişafı, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə ənənəvi olaraq keçirilir.

Festivala ümumilikdə 13 mədəniyyət müəssisəsindən 14 kollektiv qatılıb. İştirakçılarının ümumi sayı isə 200-ə yaxındır.

Festivala qatılan kollektivlər öz çıxışlarını məhz Mərdəkan xalq teatrının 95 illik fəaliyyəti dövründə səhnələşdirilmiş əsərlərdən seçərək tamaşaçılara təqdim ediblər.

Mərasimdə Mərdəkan xalq teatrının 95 illik fəaliyyətini əks etdirən foto-slayd təqdim olunub. Sonra Mərdəkan xalq teatrı Rəhman Əlizadənin “Diqqət başlayıram” əsəri ilə çıxış edib.
Xalq teatrları festivalının qalibləri  | MANERA.AZ
Daha sonra qaliblərin adları açıqlanıb. Şüvəlan qəsəbə mədəniyyət evinin xalq kollektivi “Dəli Domrul” tamaşasına görə Qran-pri mükafatını qazanıb. Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan xalq teatrı “Diqqət, başlayıram” tamaşası ilə birinci, H.Abbasov adına mədəniyyət evinin xalq kollektivi “Hacı Qəmbər” tamaşası ilə ikinci, Mərdəkan mədəniyyət sarayının R.Əlizadə adına teatr studiyası “Məlikməmmədin nağılı” tamaşası ilə üçüncü yerə layiq görülüb.
Xalq teatrları festivalının qalibləri  | MANERA.AZ
Tədbirdə, həmçinin Bakı şəhər xalq teatrları festivalında fəal iştirakına görə müxtəlif mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları, yaradıcı kollektivlər və dərnəklərə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanlarını təqdim olunub.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930