manera.az
manera.az

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq - MANERA.AZ

📅 14.10.2015 13:23

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq - MANERA.AZ
Oktyabrın 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq Artisti Afaq Bəşirqızının anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mərkəzdən bildirilib ki, tədbirdə "Toya bir gün qalmış" tamaşası təqdim ediləcək, həmçinin yubilyarın həyat və fəaliyyəti haqqında məlumat veriləcək.

Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır. Afaq Bəşirqızı Əməkdar Artist, Xalq Artisti fəxri adlarına və “Qızıl Dərviş” mükafatına layiq görülüb. Prezident mükafatçısıdır.

“Şöhrət” ordenli sənətkar bu il avqustun 13-də teatr və kino sənətimizin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin "Fəxri diplomu" ilə təltif edilib.



Baxış sayı - 1 632 | Yüklənmə tarixi: 14.10.2015 13:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930