manera.az
manera.az

Təkrar müəllimlərin işə qəbul imtahanları keçiriləcək

📅 31.07.2021 11:54

Təkrar müəllimlərin işə qəbul imtahanları keçiriləcək
2021-2022-ci tədris ili üçün müəllimlərin işi qəbulu müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Manera.az-a verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.


Baxış sayı - 732 | Yüklənmə tarixi: 31.07.2021 11:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930