manera.az
manera.az

Müəllimlərin işə qəbulu: onlayn müsahibə başa çatdı

📅 07.12.2020 16:41

Müəllimlərin işə qəbulu: onlayn müsahibə başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb.

Təhsil Nazirliyindən Manera.az-a verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq ediblər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. Namizədlər aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərlər: https://www.miq.edu.az/movzular.

Hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.


Baxış sayı - 759 | Yüklənmə tarixi: 07.12.2020 16:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031