manera.az
manera.az

Müəllim işləmək istəyənlər üçün sınaq imtahanları başlayır

📅 02.06.2021 09:58

Müəllim işləmək istəyənlər üçün sınaq imtahanları başlayır
Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

Manera.az xəbər verir ki, onlayn formatda təşkil olunacaq sınaq imtahanları ibtidai təhsil (8 iyun və 21 iyun saat 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun və 22 iyun saat 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun və 22 iyun saat 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun və 23 iyun saat 09:00, 12:00, 16:00), tarix (16 iyun və 23 iyun saat 09:00, 12:00, 16:00), fizika (16 iyun və 24 iyun saat 09:00, 12:00, 16:00), biologiya (17 iyun və 24 iyun saat 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) , informatika (18 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) və kimya (18 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: https://ttm.edu.az/

Nəzərinizə çatdıraq ki, sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat 6 iyun saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə 7 iyun tarixində başlayıb 17 iyun saat 23:59-da bitəcək.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.


Baxış sayı - 690 | Yüklənmə tarixi: 02.06.2021 09:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930