manera.az
manera.az

Sevinc Elsəvərin ilk hekayələr kitabı çap olunacaq

📅 29.07.2021 07:45

Sevinc Elsəvərin ilk hekayələr kitabı çap olunacaq
Yazıçı Sevinc Elsevərin “Çarpayı cırıltısı” adlı ilk hekayələr kitabı çap olunacaq.

Manera.az xəbər verir ki, “Mücrü” nəşriyyatının çap edəcəyi kitabda müəllifin 2008-2020-ci illərdə qələmə aldığı 30-dan artıq hekayəsi, bir povesti və bir monopyesi toplanıb.

Müəllifin müxtəlif illərdə qələmə aldığı bu hekayələrdə bir sıra sosial, ictimai problemlərə toxunulur, müəyyən bir dövrə işıq tutulur, çoxlu obrazlar, hadisələr təsvir olunur. Bir çox hekayələrdə müəllif ənənəvi qadın mövzusuna da sadiq qalır.

Kitabın payızda nəşr olunması gözlənilir. /kulis.az/


Baxış sayı - 854 | Yüklənmə tarixi: 29.07.2021 07:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031