manera.az
manera.az

Natiq Məmmədlidən yeni hekayələr kitabı - Foto

Natiq Məmmədlidən yeni hekayələr kitabı - Foto
Yazıçı Natiq Məmmədlinin seçmə hekayələrindən ibarət kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, "Köhlən" Nəşriyyatının çap etdiyi kitabda müəllifin yeni, habelə müxtəlif vaxtlarda qələmə aldığı otuza yaxın seçmə hekayəsi yer alıb.

Kitab yazıçının "Mənim oxucum mənim qəhrəmanımdır”, devzi ilə oxucularına müraciəti ilə başlayır. "Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam”, - deyə yazıçı oxucularına xitab edir.

"Ləyaqət düsturu”, "Bekketə salam” hekayələr toplusu və "Körpüdə ümid” romanından sonra "Qəhrəmanım sənsən” Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

Kitabı şəhərimizin kitab mağazalarından əldə edə bilərsiniz, həmçinin "Köhlən" Nəşriyyatından onlayn sifariş də mümkündür./modern.az/

Natiq Məmmədlidən yeni hekayələr kitabı - FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31