manera.az
manera.az

Narıngülün nəsr kitabı çap olunub MANERA.AZ

📅 16.09.2016 12:34

Narıngülün nəsr kitabı çap olunub  MANERA.AZ

Çağdaş ədəbi nəslin tanınmış nümayəndələrindən olan Narıngülün “ Qar çiçəyi” adlı yeni nəsr kitabı çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunan kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı hekayələr və esselər daxil edilib. Kitabın redaktoru yazıçı-publisist Hicran Hüseynovadır.

Qeyd edək ki, bundan əvvəl Narıngülün “İşıqda adiləşmək qorxusu”, “Qadında ağac kimidir” adlı iki şeir kitabı və “Güzgüdəki qadın” adlı bir nəsr kitabı da işıq üzü görmüşdür.

Müəllifin sözlərinə görə yeni nəsr kitabının oxucular tərəfindən maraqla qarşılanacağına ümid çoxdur. “Bundan əvvəlki kitablarım maraqla qarşılanıb. Ümid edirəm ki, bu kitabımın da yetərincə oxucusu olacaq. Hekayələrimdə daha çox lakonikliyə və təhkiyənin axıcı olmasına fikir verirəm. Mənimçün əsas yazı meyarı əsərin dili və psixoloji məqamların canlı şəkildə təsviridir”


Baxış sayı - 1 531 | Yüklənmə tarixi: 16.09.2016 12:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031