manera.az
manera.az

“Unudulmuş” adlı şeirlər kitabı işıq üzü gördü

📅 07.01.2020 16:18

“Unudulmuş” adlı şeirlər kitabı işıq üzü gördü
Yazıçı-publisist İlqar Rəsulun “Mücrü” Nəşriyyatında “Unudulmuş” adlı şeirlər kitabı işıq üzü görüb.

Manera.az-a “Mücrü” nəşriyyatından verilən xəbərə görə, kitabda yazıçı İlqar Rəsulun müxtəlif vaxtlarda yazdığı şeirlər toplanıb.

“Ötən ilin son günlərində fəaliyyətə başladıq və ilk dəstək yazıçı dostumuz İlqar Rəsuldan gəldi. İlqar Rəsul müxtəlif illərdə qələmə aldığı şeirlərin kitab şəklində nəşrini bizə etibar etdi. Biz də nəşriyyat olaraq çox çevik və keyfiyyətlə kitabın nəşrini həyata keçirdik və ötən ilin son günü kitab işıq üzü gördü.

“Unudulmuş” şeirlər toplusu “Mücrü” Nəşriyyatının “Poeziya” silsiləsindən işıq üzü görən ilk kitab olmaqla yanaşı, həm də nəşriyyatımızda çap olunan ilk kitabdır. Yaxın vaxtlarda kitabın geniş oxucu auditoriyasına təqdimatını və imza gününü keçirəcəyik".

Kitabın naşiri Müşfiq XAN, redaktoru Cəlil Cavanşirdir. Tərtibat və dizayn isə Fərid Əliyevə məxsusdur.


Baxış sayı - 1 029 | Yüklənmə tarixi: 07.01.2020 16:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031