manera.az
manera.az

Azərbaycanlı yazıçının kitabı Böyük Britaniyada nəşr olunub | MANERA.AZ

Azərbaycanlı yazıçının kitabı Böyük Britaniyada nəşr olunub | MANERA.AZ
Yazıçı Vaqif Sultanlının “İlan əfsanəsi” (“The Legend of the Snake”) kitabı Böyük Britaniyada nəşr olunub.

Müəllifin “İnsan dənizi” romanının, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitab Cavid Abbasovun tərcüməsi, tanınmış ingilis yazıçı və publisisti Michael Brannokun redaktəsi ilə nəşr edilib.

Xatırladaq ki, bu, Vaqif Sultanlının dünya oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının roman, povest və hekayələrdən ibarət olan “İnsan dənizi”, “Ölüm yuxusu”, “Tərs axın” və digər kitabları ABŞ, İngiltərə, Danimarka, Misir, Türkiyə, İran və başqa ölkələrdə nəşr olunub, habelə onun tərtibatında (Dr.İrəc İsmaeli ilə birlikdə) “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijanian Prose, Bloomington, 2012) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose, Bloomington, 2014) antologiyaları Amerika oxucularına təqdim edilib.

Vaqif Sultanlının “İlan əfsanəsi” kitabına daxil edilmiş “İnsan dənizi” romanında ölüm cəzasından qaçaraq yad şəhərdə gizlənmiş qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə, yaddaşsızlaşma problemi bədii həllini tapıb. Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanın süjet xətti real və şərti-metaforik üslubların qovuşuğunda gerçəkləşir.

Kitabda yer alan “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Kor düyün”, “Qütb gecəsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “İlğım”, “Tərs axın” və başqa hekayələr orijinal, bənzərsiz yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə mənsub olduğu sosial mühitin əsirinə çevrilən insanların həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışıb.

“İlan əfsanəsi” kitabına daxil edilən roman və hekayələri birləşdirən aparıcı təmayül onların ruhi-psixoloji ovqata söykənməsi, mövzu və ideya baxımından aktuallıq kəsb etməsi, cəmiyyətdə özünü büruzə verən sosial və mənəvi-əxlaqi problemlərə ciddi etiraz motivləri ilə seçilməsidir.

Kitabı sifariş yolu ilə www.amazon.com, www.waterstones.com, www.barnesandnoble.com www.lulu.com, www.books.google.com və başqa saytlardan əldə etmək olar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031