manera.az
manera.az

Ən arzu olunan Kişi - Şəlalə Babayeva yazır

Ən arzu olunan Kişi - Şəlalə Babayeva yazır
“Tırrrr, yahuyyy, eheheyy…” -Hamının gözü yeni videoda.

Bəli, hər şey dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan- Klod Van Dammın azərbaycanlı gəlininin sosial şəbəkələrdə əvvəlində tamada əvəzi bu cürə səs çıxarılan videogörüntülərindən sonra başladı
.

Rəylərə insan kütləsi axışdı, qızışdı, hətta dalaşdı:

- Gör hardan- hara gəldin ay Vandamm! Camaat qırmaqla balıq tutmayanda, sən balıqları əllərinlə dənləyirdin.
- Gözümüz aydın! Bircə Van Dammımız çatmırdı!
- Bu nə biabırçılıqdır! Gedin azərilərlə evlənin! Şərəfiniz olsun, öz kişilərimiz ölüb bəyəm?! Siz də öz millətinizi alın da.

- Paxıl olmayın, elə bu xasiyyətinizə görə qadınlar sizdən qaçıb. Sizin kimi arvadağız kişilərdən beziblər. Kişi belə şeyi müzakirə etməz.
- Vandammın oğlu döyüşə getmədi ee, bizim kişilər getdi. Qadınlarımız özlərini tam itiriblər, təəssüf olsun. Bir də müsəlmanlar müsəlmanla evlənməlidir. Bu daha çox qadınlara aiddir.
- Bu qız Azərbaycanda yaşamır. Yaşadığı ölkədə insanı görüb, sevib. Bizə ancaq xöşbəxt olsun demək qalıb! Hərənin öz qisməti var.

- Xeyirdimi müsəlman müsəmanla evlənməlidir və bu ən çox qadınlara aiddir. Niyə, kişilər göydən zənbillə düşüb?!
- Siz neçənci əsrdə qalmısınız?
- Əsr yox, erada qalıb, bu!!!
- Yox, gərək xalası oğluna gedərdi....
- Sizə müsəlman Adil bəy yaxındır, yoxsa xristian Van Damm bəy?
- Van Dammın oğlu sünət olunmayıb. Bizim qız eləsinə ərə gedə bilməz!
- Van Damm neçə ildir ki, islamı qəbul edib, müsəlmandır. Bu internetdə də var.

Gəlinbacı demiş eheheeyy! Düşünürsən ki, heç belə dialoqmu olar?!

Hər şey bir kənara olsun, sözügedən yanaşmaya ən baməzə, deyərdik ki, real, “arzuolunan “damğanı illərlədir ki, dillərdə “nervinni” kişiləri xoşlamasıyla yadda qalan aşıq Telli Borçalı vurdu. Arzuolunan ona görə deyirik ki, Van Damm “MTV Movie Awards” kinomükafatının “The most desirable man”, yəni “Ən arzu olunan kişi” kateqoriyasına görə 3 dəfə bu naminasiyaya layıq görülüb. Sosial şəbəkələrdə yayılan məlumatda isə bildirilir ki, Telli Van Damma bir könüldən min könülə aşiq olub, “Elçi düşsə, yox deyə bilmərəm”- deyib.

Açıqlamadan sonra Van Dammın layiq görüldüyü naminasiyanı sözün həqiqi mənasında doğrultduğunu deyə bilərik. Daha onun Tellinin bu eşqinə hansı cavab verəcəyini bilmərik.

Yəqin mövzu çoxlarına artıq bəllidir. Söhbət ötən həftə xaricdə yaşayan azərbaycanlı pianoçu, Prezident mükafatçısı, 7 dəfə Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı olan Suada Hacızadə ilə Hollovud ulduzu Van Dammın aktyor oğlu Kristofer Van Berenberqin ( Kris Van Dam) nikah mərasimindən gedir. Daha düzü toy olub, hazırkı mövzu Kristofer və Van Damma yönəlik yazılan yorumlardan gedir. İnsanlar iki qismə ayrılır, bir- birilərini bu mövzuda didirlər: Bəzisi deyir Krislə Suada bir yerdə olmamalıdır, digərləri də deyir ki, yaraşırlar, onlara evlənmək olar.

Olar, ya deyil, buna Krisin düşüncələri ilə aydınlıq gətirməyi qərar verdim. Bilmək olmaz, bəlkə yaxşı bəydir, yaxşı oğlandır, hamımızın könlünü ala bildi?
Bəli, bunun üçün cəmi bir il öncə Kristoferin Azərbaycan mətbuatına verdiyi müsahibəsinə nəzər salacağıq. Düşünürəm ki, şərhlərdə yazılan hər bir yanaşmaya cavab tapacağıq. Bir- birinin ətini yeyib, sümüyünü kənara atmayan həmyerlilərimizin dedikləri hər bir yoruma onun verdiyi müsahibədə cavab tapa biləcəyik. Məqsəd digər millətdən olan birinin müdafiəsindən gedir!

Bəli, təmamilə düzgün anlamısınız. Niyə də yox?! Kim deyib ki, yazını qələmə alan qələm əhli yalnız millilik düşünməlidir? Multukultural ölkədə yaşayaraq, ucuz söhbətlərə getməlidir və daha çox özünü həmin kütlənin, özü də az deyil, azadlıq, hürriyyət, bərabərlik uğrunda savaşında vuruşmamalıdır? Xöşbəxtliyi təbliğ etməməlidir?

Söhbət nə qədər Qərb dəyərlərini müdafiədən, bizimkilərin onlara nifrət etməsindən getsə belə, uzlaşma olmasa da ən doğrunun yanında şərtsiz dayanmaq insanlıq borcu olmalıdır! Ziddiyyətli mədəniyyətin yaraladığı fərqli cəmiyyətdə axı hər birimiz yaxşı və pis insan olmaqla iki yerə ayrılırıq. Xöşbəxtlik də belə qavramdır mənə görə. Onun cinsi, tərbiyəsi, dili, ayrımı yoxdur.

Kristoferin mühasibəsində nəzərə çarpan başlıqlar:

- Valideylərimə borclu deyiləm. Mən yalnız onlara sevgi və hörmətimi verə bilərəm. Çünki, onlar yaşamaqçün mənə nəfəs veriblər. “Vermək” “Borclu olmaq” dan daha dəyərlidir. Bunun arxasında vicdan və iradə dayanır.
- Din ehtiyac duyduğumuzda başımızı qoya biləcəyimiz bir yastığa sahib olmaq üçün hörmət etdiyimiz inanc formasıdır.

- Uğuruma görə həyatda özümə minnətdaram.
- Van Dammın oğlu olmağın heç bir məsuliyyəti yoxdur. Hamımız fərqliyik. Öz həyat yolumuz və seçimlərimiz var.

Müsahibədən və qısa olaraq təqdim etdiyimiz başlıqlardan sonra kiçik də olsa Kris haqqında qənaətə gələ bilərik. Hər sözündə özünə güvənməkdən bəhs edən, atasının onun üzərindəki tanınmışlığından imtina edən, karyerası və yüksəlişində onun adından istifadə etməyən belə gənci görmək sevindiricidir.

Maraqlıdır ki, ona ünvanlanan sualların əksərində mövzu onun atası ilə məşhurlaşmasına çəkilir, amma o bizim düşüncədə olan insanların əksərindən fərqli olaraq bunu heç istəmir. Jurnalistin ona ünvanlanan sualları “Atanızla fəxr edirsinizmi?”, “Üzərinizdə nə kimi məsuliyyəti var?” tipli sözlər üzərində qurulub. Bunu açıq- aydın görmək mümkündür.
Bax burda yaranır o sual. Budurmu hər qiyafəyə bürünüb, qorumağa çalışdığınız mental dəyər?
Belə olan halda nə üçün isanlarımız ona belə güvənsiz yanaşır, kin qusur, xaricidir, xristiandır deyib ayrım edir? Vandammın oğlu olmağın özəlliyini fərq etdirməyən birinin bizimkilərin bu cürə fərq etdirməsi, din, dil ayrımı yapmasının nədəni nədir?

Onun din haqqında düşüncələrində də bu təmamilə əksini tapıb.
Cəmiyyətimizin bəzi nümayəndələrinin qürur, fəxr, yekəxanalıq kimi baxdığı, hər şeyin arxasında təkcə Van Dammla qohumluqdan şeşəllənmək dayanarkən, o uğurlarına görə yalnız özünə minnətdar olmağı üstün tutur.

Hətta rəylərdə kişilər Van Dammın 4 dəfə ailə qurmasına da həsəd aparır. Müsibət deyilmi?
Yox, yalnış anlamayın. Söhbət düşüncə tərzinin müzakirəsindən, insanların ən böyük sosial platformada özünü ifadəsindən gedir. Məqsəd Van Dammı və onun oğlunu “Ən arzu olunan kişi” etmək də deyil. Problemin mahiyyətində daha dərin mənalar yatır.
Bu insan ayrımıdır!

Biz deyilkmi illər öncə Van Damma, onun sənətinə pərəstişdən, həmçinin rayonun Vəndam kəndinin adına uyğun olaraq onun heykəlini Qəbələdə ucaldan?

İndi kinolarını, məşqlərini sevərək izlədiyi aktyora bizim kişilər toy məsələsində qarşı çıxırlar. Din ayrımı yada düşür, müsəlmanlaşırlar?

Dindən söz düşmüşkən, xarici mətbuatda Van Dammıın müsəlmanlığı qəbul etdiyi, hətta, buna görə ona rol verilmədiyi barədə də məlumatlar var. Ərəblərin BBC telekanalına müsahibə verən məşhur ulduzun Məhəmməd Peyğımbərin yaşam tərzindən nümunələr gətirməyi də təsadüfi deyil.

Ən arzu olunan kişi müsəlman Peyğəmbərin yaşam təcrübələrinə pənah aparır.

Deməli arzu olunmaq həm də əməllə, şəxsiyyətlə ölçülən məsələdir. Bunun Van Damm adına heç bir aidiyyatı yoxdur. Bu ona roluna,imicinə görə verilib.
Siz də istəsəniz arzu olunan ola bilərsiniz.
Və ən sonuncu sual: Kim xöşbəxtliyi yasaq tuta bilər kiməsə?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031