manera.az
manera.az

Filosoflar internetdə - (kiçik pyes)

📅 03.08.2017 13:07

Filosoflar internetdə - (kiçik pyes)


Tural İsmayılov
***

Platon- antik yunan filosofu
Con Lokk- ingilis filosofu
Jak Derrida- fransız filosofu


Təkpərdəli pyes.


Hadisə Yunanıstanın paytaxtı Afinada baş verir. Duman həır yeri bürüyüb. İnternet klub kimi bir yerdir. Balaca darısqal otaqda üç müxtəlif dövrün filosofu görünür. Xəyali bir yuxu yoxsa gerçək hadisə olduğu bilinmir.


Platon: - Əziz dostlar, bizim hər birimiz müxtəlif zamanlara səs salmış böyük adamlarıq. Amma baxın Salonikidən olan bu sarışın, qamətli gözəl xanım mənim üzümə belə baxmır. Neçə gündür vurnuxuram, bir şey çıxmır.

Derrida: - Elə mən də neçə gündür bekar qalmışam. Bizim hər birimiz tarixi dəyişmiş filosoflarıq. Məsələn, sən, Platon, dövlətin əhəmiyyətini bəşər insanına izah etdin, Lokk liberal fəlsəfəni möhkəmləndirdi, mən isə postmodernizmi uzun illər müzakirə predmetinə çevirəcək fikirlər söylədim. Bu günün dünyasında biz hamımız fəlsəfənin beşiyi olan bir ölkədə yenidən bir yerdəyik.

Lokk: - Komediyadır ee, bu, tamaşadır. Biz hamımız ölmüşük, indi nə işimiz var burda axı, nə?

Platon: - Sürrealizm mənim vaxımda, əsrimdə yox idi. Bizim əsrimizdə insanlar daha səmimi döyüşürdülər.

Lokk: - Bəsdir, mistifikasiya ilə məşğul olma. Bizim hamımız bura təsadüfən toplaşmamışıq. Hamımız tarixə yön verən və müəyyən fikir yollarına rəvac verən adlarıq. Sənin eranda qılıncla, nizə ilə, atla, heyvanlarla hücuma keçir və sayısız insanlar göz yaşlarına belə baxılmadan öldürülürdü.

Derrida: - Məncə də elədir. Sizin erada savaşlar daha qəddar aparılırdı.

Platon: - Eləmi? Siz doğrudan düşünürsüz ki, dürüst və açıq savaş qəddarlıqdır? İncimə, əzizim Lokk, sənin humanizm, qlobal bərabərlik və sair idealların sənin dünyanda keçmir, o ki qaldı sənə, əziz Derrida, vallah sənin postmodernizmin də bəşəri rifaha xidmət etmir. İndi dünyada saxta diplomatiya dili mövcuddur. İndinin dünyasında masa arxasında, jurnalistlər qarşısında saxta gülücüklər var, bəşəri imperializm hər şeyi öz toplumu üçün qazanır, başqa xalqlar və insanlar isə veclərinə deyil.

Lokk: - Yəni?

Derrida: - Dostum, sənin fikirlərin həqiqətən də elə eradan öncə 4-cü əsrə aiddir. Məncə, orada ilişib qalmısan, bu komediyada, anlam verə bilmədiyim bu çağırışda bizim nə işimiz var?

Platon: - Bizim hamımızın bura yığılmağının bir məqsədi var, tapdım. Bizə göstərmək. Nəyi, bilirsiz? İnsanın elmi-texnoloji tərəqqi ilə öz əcadadlarından nə qədər geriyə qayıdışını. Sizlər təsəvvür edirsiz ki, qədim dövrlərdə internet olmayıb, texnika zəif idi, insanlar arasında sərhədlər vardı və ona görə kişi kimi açıq nifrəti və döyüşü də ironiya ilə qarşılayırsız. Amma inciməyin əzizlərim, sizin dövrün texnikası həm də sizin gələcəyinizin gəmiricisi oldu.

Derrida: - Falsifikasiya... Biz elə məhz bu səbəbdən internet klubda yığışmışıq...

Sükut...
Pərdə enir.


Baxış sayı - 2 031 | Yüklənmə tarixi: 03.08.2017 13:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031