manera.az
manera.az

Əfşan Yusifqızının "Əli dağı" romanı işıq üzü gördü

Əfşan Yusifqızının "Əli dağı" romanı işıq üzü gördü
Yazıçı Əfşan Yusifqızının "ƏLİ DAĞI" romanı işıq üzü görüb.

Manera.az xəbər verir ki, roman "Elm və təhsil" nəşriyyatında çap olunub. Romanın redaktoru Səxavət Talıblı, ön söz müəllifi filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflidir.

Vaqif Yusiflinin romana yazdığı ön sözdən bir hissəni təqdim edirik:

"ƏLİ DAĞI" avtobioqrafik romandır. Romanı həm hadisə, həm də xarakter romanı adlandıra bilərik. "ƏLİ DAĞI" romanında təsvir olunan hadisələr geniş və əhatəli zamanları özündə əks etdirir. Nəslin tarixi uzaq əsrlərə gedib çıxsa da, üzü bu yana XX əsrin əvvəlliərinə gəlib çıxır. Daha sonra Azərbaycanın qarışıq illərinə (1917-1919) illərinə adlayır. Sonra Şura höküməti və xalqda bu hökümətə qarşı çılğın həyacanlar dövrü. Əsərin qəhrəmanları da bu hadisələr içərisində öz xarakterlərini nümayiş etdirirlər, onların hər halı bu şəcərələrlə bağlıdır. Romanda ən başlıca obraz mitsiyyasını- yəni özü olsa da, olmasa da başlıca rolu Qara Mustafa- Şıx Mustafa yerinə yetirir. Ona bir nəslin emblemi, hər mənada simvolu demək olar. Əlbəttə roman haqqında təfərrüatı ilə söz açmaq uzunçuluq olardı, amma nəzərə çarpan üç təmayülü və onları təmsil edən obrazları səciyyələndirmək lazımdır. Qara Mustafanın yeni nəsilindən üç obraz nəzər çəkir. Dini-ruhani və ziyalı Molla Məhəmməd, etirazçı-üsyankar İbrahim, sevgi-romantika təmayülü isə Abusalamla əlaqəlidir. Beləliklə bu roman içində üç kiçik "roman" yaranır(əlbəttə şərti mənada). Əsərdə təsirli səhnələr, epizodlar var. Romandakı Abusalam-Gülsüm xətti nakam bir eşqin tarixçəsidir. "ƏLİ DAĞI" romanındakı hadisələr lirik-romantik və eyni zamanda faciyəvi olmağıyla oxucunun qəlbini titrədən səhnələrdir...Roman koloritli bir dillə yazılıb. Daha doğrusu, xalq danışıq dili ilə ədəbi dilin vəhdətini hiss edirsən. Xalqdan, eldən gələn inanclar və zərbüməsəllər romanın əksər səhifələrinə səpələnib. Hər bir obrazın özünəməxsus danışıq tərzi diqqəti cəlb edir, xüsusilə, romandakı qadın obrazlarının nitqində bunu hiss edirik. Roman nikbin sonluqla bitir."

Qeyd edək ki, Əfşan Yusifqızı "Şəhid üzük" adlı sənədli bədii hekayələr, povest və "Bir misra söz qədər duyanım ola" şeirlər kitabının müəllifidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31