manera.az
manera.az

Yaşar Bünyadın yeni kitabı işıq üzü görüb

📅 04.07.2019 11:19

Yaşar Bünyadın yeni kitabı işıq üzü görüb
Yaşar Bünyadın "Azan gəmilər limanı" romanı işıq üzü görüb.

Manera.az xəbər verir ki, "Azan gəmilər limanı" romanında Qismət adlı gəncin taleyindən bəhs olunur. Atası Qisməti müharibədən qurtarmaq üçün Rusiyaya qaçırdır. Müəllif Qismətin timsalında, doxsanıncı illərdə dolanışıq dalınca Rusiyaya gedən minlərlə azərbaycanlının həyat yoluna işıq salır.

Qeyd edək ki, kitabın təqdimatı iyul ayının 14-də, saat 16:00 Kitabevim.az mağazasında baş tutacaq.

Kitabı əldə etmək istəyən bütün oxucular təqdimata dəvətlidir.

Onu da əlavə edək ki, bu roman sayca yazıçının kitabıdır. Bundan əvvəl yazıçının "İblis busəsi" romanı və "Miqrant" hekayələr kitabı nəşr olunub./edebiyyat.az/

MANERA.AZ


Baxış sayı - 1 399 | Yüklənmə tarixi: 04.07.2019 11:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930