manera.az
manera.az

Tanrının göz yaşından süzmüş PAYIZ... - MANERA.AZ

Tanrının göz yaşından süzmüş PAYIZ...  - MANERA.AZ
Emin Akif

***
Saral payız, kitab kimi vərəq-vərəq
Ayrılmaqla barışaraq tökül yenə.
Budaq - budaq paltarını soyun tamam
Ayrılıqla qovuş yerə , bükül yenə.

Sən Tanrının yerə düşən göz yaşısan
Fəsil-fəsil gözəlliklər doğa bilir.
Bax bu həmin göz yaşları neçə-neçə
İnsanları qüssəsiylə boğa bilir.

Sən payızsan , sevgilimin saçlarının
Ətri gəlir meşəsindən , torpağından.
Sarışınım öz rəngini almış sənin
Qəhərlənmiş , solğunlaşmış yarpağından...

Saral payız , göy ağlasın aram-aram
Adamların göz yaşları bilinməsin..
Elə ağla səsin-küyün qulaqlardan
Körpə səsi , qəm səsitək silinməsin.

Qızıl payız , xəzan gözlüm, hədiyyəsən
Kədərlənmiş tanrının öz bəndəsinə..
Tanrı özü göz yaşından payız süzmüş
Xəzəl ömrü sürənlərin kündəsinə.


Baxış sayı - 2 054 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728