manera.az
manera.az

Gəncədə yeni teatr təqdim olunacaq

📅 20.05.2021 12:15

Gəncədə yeni teatr təqdim olunacaq
Gəncənin və regionun ilk müstəqil teatrı olan "dAo" teatrının təqdimatı və ilk tamaşasının premyerası olacaq.

Teatrdan Manera.az-a verilən məlumata görə, premyera iyunun 4,5 və 6-sı baş tutacaq: “3 günlük premyera Art Garden Gənjə-də keçiriləcək. Tamaşanın adı TETRIS-dir.

Tamaşanın ideya müəllifi teatrın qurucusu Elmin Bədəlovdur. Tamaşada rejissorun “Bircə sən susursan”, Pərviz Cəbrayılın “Yaşamaq boynuma düşdü” şeirlərindən və dAo üzvlərinin yazdığı hekayələrin motivlərindən istifadə olunub.

Tamaşadakı rolları Zeytun Həsənov, Rövşən Quliyev, Aliyə Qasımova, Elmin Bədəlov, Emina İsayeva canlandıracaq. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Tamaşa musiqi ilə rəqsin vəhdətində, sinxron üzərində qurulub.

Premyeranın tərəfdaşları ADO teatrı, Amerikanın Azərbaycandakı Səfirliyi, Jatunlu, Art Garden Ganja, Gənc Barbarisso, Xoyski Cafe və Old Hostel Ganjadir.

Gəncədə yeni teatr təqdim olunacaq


Baxış sayı - 544 | Yüklənmə tarixi: 20.05.2021 12:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031