manera.az
manera.az

Rus Dram Teatrı 97-ci mövsümü premyera ilə açacaq

📅 19.07.2017 12:30

Rus Dram Teatrı 97-ci mövsümü premyera ilə açacaq
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümü premyera ilə açacaq.

MANERA,AZ t[/b]eatrın saytına istinadla xəbər verir ki, hazırda Xalq Artisti Fəxrəddin Manafov və Əməkdar Artist Mehriban Zəki teatrın səhnəsində yeni tamaşanı məşq edirlər. Lakin pyesin və müəllifinin, eləcə də tamaşanın adı açıqlanmır. Səhnə əsəri Sankt-Peterburqda yaşayan bakılı rejissor tərəfindən hazırlanır. Tamaşada Oleq Əmirbəyov, Mariya Dubovitskaya və Həcər Ağayeva da iştirak edəcəklər. Truppaya, həmçinin yeni aktyor götürülüb və deyilənə görə, o da adı açıqlanmayan tamaşanın məşqlərində iştirak edir. Tamaşanın premyerası sentyabrın 16-da olacaq.


Baxış sayı - 1 253 | Yüklənmə tarixi: 19.07.2017 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930