manera.az
manera.az

ADO-da yeni ilin ilk tamaşası

📅 01.01.2018 21:06

ADO-da yeni ilin ilk tamaşası
ADO teatrı (Azərbaycan Dağınıq Oda teatrı) yeni ilin ilk tamaşasını təqdim edəcək.

MANERA.AZ xəbər verir ki, “Toy” adlı tamaşa məşhur alman dramaturq Bertolt Brextin “Meşşan Toyu” pyesi əsasında hazırlanıb.

Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Aytən Əliyeva, Zərif Bəkirova və Zaur Hacızadə canlandıracaq.

“TOY” tamaşasının rəsmi dəstəkçisi: “Goethe Zentrum – Baku” (Goethe İnstitut)-dur.

Tamaşanın nümayişi yanvarın 5-də, saat 20-də baş tutacaq.


Baxış sayı - 1 148 | Yüklənmə tarixi: 01.01.2018 21:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031