manera.az
manera.az

Pantomima Teatrında yeni premyera

📅 28.02.2019 12:16

Pantomima Teatrında yeni premyera
Martın 3-də Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşa - “Xocalı - bu olub” adlı tamaşanın premyerası olacaq.

Bu barədə teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev Manera.az-a məlumat verib.

Bildirib ki, səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunacaq. Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edəcək.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq fevralın 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi daşıyırdı.

MANERA.AZ


Baxış sayı - 1 041 | Yüklənmə tarixi: 28.02.2019 12:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930