manera.az
manera.az

"Xeyir və Şər" hekayəsi səhnələşdirilib

📅 15.04.2021 11:30

"Xeyir və Şər" hekayəsi səhnələşdirilib
Qax Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq Teatrında Nizami Gəncəvinin 880 illiyi münasibətilə dahi şairin “Xeyir və Şər” hekayəsi səhnələşdirilib.

Manera.az xəbər verir ki, Azərbaycan Prezidenti tərəfindən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində səhnələşdirilən tamaşa qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının təbliği məqsədi daşıyır.

Teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşada Xeyir obrazını aktyor Şəmsəddin Quliyev, Şər obrazını isə İbrahim Paşayev canlandırıblar.
"Xeyir və Şər" hekayəsi səhnələşdirilib
Tamaşada rolları, həmçinin Nəvai Əliyev, Əli Yunusov və digər həvəskar aktyorlar ifa ediblər.

Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəliyindən verilən məlumata görə, ilin sonunadək rayonun mədəniyyət müəssisələrində Nizami poemalarından götürülmüş “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Kərpic kəsən kişinin dastanı”, “Şah və xidmətçi”, “İsgəndər və çoban” və digər mənzum hekayələrin səhnələşdirilməsi də nəzərdə tutulub.


Baxış sayı - 643 | Yüklənmə tarixi: 15.04.2021 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031