manera.az
manera.az

Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq

📅 19.09.2019 10:16

Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq
Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Manera.az xəbər verir ki, abidənin Nizami Gəncəvinin adını daşıyan parkda 2020-ci ildə ucaldılması nəzərdə tutulub. Bu vaxtadək park bütövlükdə yenidən qurulacaq.

Dərbənd şəhərinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi İsa Maqomedov jurnalistlərə bildirib ki, bürünc abidənin hazırlanmasına artıq bu il başlanacaq.

Bir neçə ay əvvəl Dağıstanda Nizami Gəncəvinin abidəsinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Mahaçqaladan olan heykəltəraş Məhəmmədəli Əliyevin eskizləri müsabiqənin münsiflər heyəti tərəfindən bəyənilmişdi. Eskizlərdə Nizami Gəncəvi əlində qələm və kağızla əks olunub.


Baxış sayı - 1 158 | Yüklənmə tarixi: 19.09.2019 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930