manera.az
manera.az

“Nizami” baleti səhnəyə qoyulacaq

“Nizami” baleti səhnəyə qoyulacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Nizami ili” çərçivəsində Fikrət Əmirovun “Nizami” baletini səhnəyə qoyacaq.

Teatrdan Manera.az -a verilən məlumata görə, layihənin rəhbəri Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət işçisi Tehran Babayevdir.

Balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş etmiş şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilmişdir.

Hazırda səhnə əsərinin dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Teatr yeni quruluşunu bu ilin yazında tamaşaçılarına təqdim etməyi nəzərdə tutub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031