manera.az
manera.az

Şəki Teatrında “Sevil” pyesi səhnələşdirilir

📅 05.11.2019 12:26

Şəki Teatrında “Sevil” pyesi səhnələşdirilir
Şəki Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Sevil” pyesi üzərində məşqlərə başlanılıb.

Manera.az xəbər verir ki, Cəfər Cabbarlının 120 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir.

Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə ifa edəcək. Əsərin əsas qəhrəmanı Sevil obrazını canlandıran gənc aktrisa Zümrüd Əliyeva isə bu rolla debüt edir.

Teatrın rəsmisi bildirib ki, tamaşada əsərin baş qəhrəmanı Sevil obrazı ilə Azərbaycan qadınının yüksəliş yolu təsvir edilir.

Tamaşa yaxın vaxtlarda teatrsevərlərə təqdim olunacaq.


Baxış sayı - 980 | Yüklənmə tarixi: 05.11.2019 12:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031