manera.az
manera.az

“Xeyir və Şər” tamaşası nümayiş olunub | MANERA.AZ

“Xeyir və Şər” tamaşası nümayiş olunub | MANERA.AZ
manera.azmanera.azmanera.az
Noyabrın 4-də Gənc Tamaşaçılar Teatrında Nizami Gəncəvinin eyniadlı əsəri əsasında səhnələşdirilmiş “Xeyir və Şər” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Fəxrəddin Dünyamalıyevdir.

Tamaşada rolları Elnur Kərimov, Vüsal Mehrəliyev, Təhminə Məmmədova ifa ediblər.

Tamaşada bəşəriyyətin əzəli və əbədi mövzularından olan Xeyir və Şərin mübarizəsi bəhs olunub. Dost olan Xeyir və Şər adlı iki gəncin başına gələn hadisələrdən hər birində ibrətamiz hikmətlər əksini tapıb. Belə ki, Xeyir bütün azuqəsini dost saydığı Şər ilə bölüşür. Susuz səhrada Xeyir ehtiyatının tükəndiyini görüb Şərdən bir içim su istəyir. İblis xislətli Şər isə bir içim suyun əvəzi olaraq Xeyirdən bir cüt gövhər (gözlərini) tələb edir. Xeyir razılaşır. Şər onun gözlərini çıxardıqdan sonra nəinki su vermir, hətta onu quru səhrada atıb gedir.

Tamaşa Xeyrin Şər üzərində qələbəsi ilə başa çatır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031