manera.az
manera.az

Təhsil naziri iki müəllimi mükafatlandırdı - Foto

📅 26.12.2020 10:23

Təhsil naziri iki müəllimi mükafatlandırdı - Foto
Təhsil naziri Emin Əmrullayev könüllü dərs deyən iki müəllimi mükafatlandırıb.

Manera.az xəbər verir ki, bu barədə nazir özünün “Facebook” səhifəsində paylaşıb.

Paylaşımda deyir: “Bildiyimiz kimi, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Könüllülər ili” elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu.

Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə MəmmədovaQita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.

Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha dərin təşəkkürümü bildirirəm”.

Təhsil naziri iki müəllimi mükafatlandırdı - Foto
Təhsil naziri iki müəllimi mükafatlandırdı - Foto


Baxış sayı - 630 | Yüklənmə tarixi: 26.12.2020 10:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031