manera.az
manera.az

Təhsil naziri: “Onlayn dərslər də olmayacaq”

📅 16.10.2020 10:32

Təhsil naziri: “Onlayn dərslər də olmayacaq”
“Oktyabrın 19-dan noyabrın 2-dək tətil elan olunur. Bu o deməkdir ki, onlayn dərslər də olmayacaq”.

Manera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bu, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib.

E.Əmrullayev qeyd edib ki, hazırda aidiyyatı qurumlarla əməkdaşlıq yaradılıb:

“Oktyabrın son həftəsində bu barədə ictimaiyyətə məlumat veriləcək. Biz tətil müddətindən istifadə edərək, internet problemini də həll etməyə çalışacağıq. Həmçinin böyük inamımız var ki, ordumuz tərəfindən qələbə qazanıldıqdan sonra hər şeyi normallaşdırmaq mümkün olacaq”.


Baxış sayı - 789 | Yüklənmə tarixi: 16.10.2020 10:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031