manera.az
manera.az

Şəkidə könüllülər üçün “Qış məktəbi”nin açılışı olub

Şəkidə könüllülər üçün “Qış məktəbi”nin açılışı olub
Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Şəki şəhərində “Qış məktəbi” təşkil edilib.

Manera.az xəbər verir ki, fevralın 17-də başlayan beş günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət 60-dan çox könüllü cəlb olunub.

Fevralın 18-də baş tutan açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərində yerləşən abidəsi ziyarət edilərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

“Qış məktəbi”nin açılış mərasimində Fondun İcraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, bu il cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilib.
Şəkidə könüllülər üçün “Qış məktəbi”nin açılışı olub
Mənəvi Dəyərlərin Təbliği Fondu bu Sərəncama əsasən ötən illərdə olduğu kimi, bu il də könüllülük fəaliyyəti ilə bağlı bir sıra geniş layihələri həyata keçirməyi planlaşdırır. M.İsmayılov qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd ölkə gənclərini milli və mənəvi dəyərlərimizin təbliğində könüllü fəaliyyətə cəlb etmək, bu dəyərlərin inkişaf etdirilməsində, yaşadılmasında könüllülərin rolunu artırmaqdır.

Daha sonra şair, yazıçı Kənan Hacının “Mənəvi dəyərlərimiz və ədəbiyyat” mövzusunda mühazirəsi dinlənilib. Qeyd edək ki, “Qış məktəbi”ndə iştirak edən könüllülər Şəki şəhərində Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyi, Xan sarayı, Karvansaray kompleksi, Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın ev muzeyləri, Şəki mərkəzi “Cümə” məscidi, Kiş kəndində yerləşən Kiş Alban xristian məbədi və digər mədəniyyət ocaqlarını, tarixi-mədəni, dini abidələri ziyarət edəcəklər.

“Qış məktəbi” çərçivəsində könüllülər “Dəyərlərimizin təbliğində könüllülük fəaliyyəti” ilə bağlı məruzələri dinləyəcək, intellektual, milli oyunların iştirakçısı olacaqlar. “Qış məktəbi”nə fevralın 21-də yekun vurulacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930