Şükür, azad oldu Qarabağımız - Sevinc Arzulunun şeirləri

MANERA.AZ Sevinc Arzulunun yeni şeirlərini təqdim edir:
QƏLƏBƏ XƏBƏRİ ALAN DOSTLARIM
Min-min qəhrəmanı vardır ordumun,
Qızları onlara yardır yurdumun.
Düşmənə qulağı kardır qurdumun,
Sözləri iftira,yalan, dostlarım.
Qələbə xəbəri alan dostlarım.
Bir zaman necə də pərişan idik,
Döyünən qəlbimiz ah, şan-şan idik.
Biz ki zəfərlərə yaraşan idik,
Axır düşmən oldu nalan, dostlarım.
Qələbə xəbəri alan dostlarım.
Dərd-qəmdən olmuşdu yara, bağrımız,
Qüssədən geymişdi qara, bağrımız.
Şükür, azad oldu Qarabağımız,
Nəhayət dayandı talan, dostlarım.
Qələbə xəbəri alan dostlarım.
Əmr etdi möhtərəm Ali Komandan,
Biz qovaq düşməni can Qarabağdan.
Yetişdik arzuya tez bir zamanda,
Azadlıq nəğməsi çalan dostlarım.
Qələbə xəbəri alan dostlarım.
Uğrunda gör neçə şəhidim getdi,
Qanlı döyüşlərə şahidim getdi.
Min-min qəhrəmanım, igidim getdi,
Anıban xəyala dalan dostlarım,
Qələbə xəbəri alan dostlarım.
10.11.2020.
XUDAYAR
(Gözəl səsiylə bizləri ovsunlayan, şəhidlik zirvəsinə
ucalan Xudayarın parlaq xatirəsinə)
Ey uca Tanrının ulu qüdrəti,
Uzaq et xalqımdan daha zilləti.
Ağlatdı yoxluğu bütün milləti,
Işıq tək dünyamdan keçdi Xudayar.
Tərifdən utanıb tez qızarardı,
Vurduğu zəngulə hey uzanardı.
Müğənni olsaydı toy qazanardı,
Şəhidlik adını seçdi Xudayar.
Ən böyük arzuya, murada yetib,
Yaralı olsa da qabaqda gedib.
Nifrəti əlində bir oraq edib,
Düşməni zəmi tək biçdi, Xudayar.
Gücünü sevdiyi vətəndən alıb,
Əzmiylə dağlara yol, cığır salıb.
Neçə gün döyüşdə ac-susuz qalıb,
Şəhidlik şərbətin içdi, Xudayar.
Şəhid ruhlarının içində azıb,
Düşmənə çıxılmaz daş məzar qazıb.
Vətən tarixinə min dastan yazıb,
Səsiylə qəlblərə köçdü Xudayar.
DASTAN YAZDINIZ
(Şəhidin həyat yoldaşından)
Ruhlar içrə azdınız,
Haya məzar qazdınız.
Dastanı siz yazdınız,
Nağıl imiş qalanı.
Dərd axıb getməz suynan,
Comərdlik gələr huynan.
Namərd düşmənə uymam,
Bol hay-küyü, yalanı.
Gözünə güllə dəysin,
Qəlbini qəlpə dəlsin.
Görüm lənətə gəlsin,
Müharibə salanı.
Gözə alıb anını,
Qurban dedin canını.
Şəhidlərin qanını,
Ermənidən alanım.
Dünyamızı dinc versin,
Yaşamağa künc versin.
Tanrı mənə güc vesin,
Böyüdüm cüt balanı.
29.11.2020
ŞƏHİD OĞLUM
Ay külək, susarmısan,
Yad yolu pusarmısan?
Bilirəm, susamısan,
Bir damla şeh ud, oğlum.
Məclis tarsız, kamansız,
Köçüb getdin zamansız.
Ən zalım, ən amansız
Savaşa şahid oğlum.
Yazan, mübarək olsun,
Azan mübarək olsun.
Qəzan mübarək olsun,
Ay mənim şəhid oğlum.
25.11.2020
LAYLAY, ŞƏHİDİM, LAYLAY
(Dayım nəvəsi, 24 yaşlı qəhrəman şəhid Fuad Xankişiyevin
timsalında bütün şəhidlərimizə ithaf edirəm)
Əmr etdi baş komandan,
Verildi hərbə fərman
Azad olsun işğaldan,
Külli-Qarabağ, laylay,
Bütün düzən, dağ, laylay.
Vətən uğrunda getdin,
Dar gündə haya yetdin.
Qəlbin dediyin etdin,
Aldın yeni ad, laylay,
Qəhrəman Fuad, laylay.
Sənin nə yaşın vardı,
Ölüm mələyi yardı.
Dünya başıma dardı,
Laylay, şəhidim, laylay
Hərbə şahidim laylay.
Verdiz layiq payların
Qoy azalsın sayları.
Qırın bütün hayları,
Öldür namərdi, laylay,
Igidim, mərdim laylay.
Tülküdən bic erməni,
Sən ki gördün ər məni.
Tapılmadı dərmanın,
Əbədi yatanım, laylay,
Gülə batanım, laylay.
Dağın başı çalmadı,
Xoş xəyala dalmadı.
Qanın yerdə qalmadı,
Mübarək qəzan, laylay,
Oxunur azan, laylay.
Hanı o gülər çağın,
Çəkilməzdir bu dağın.
Azaddır Qarabağın,
Ruhun olsun şad, laylay,
Etdim səni yad, laylay.
23.11.2020.
KÜRDƏMİR ŞƏHİDLƏRİ
(Kürdəmir şəhidlərinin timsalında Azərbaycanın
bütün şəhidlərinə ithaf edirəm.)
Başdan ayağa qada,
Erməni namərd, gəda.
Ana vətənə fəda
Kürdəmir şəhidləri.
Sönən çıraq oldular,
Solan yarpaq oldular,
Qara torpaq oldular,
Kürdəmir şəhidləri.
Bir az nağılbazdılar,
Bir az keyfi sazdılar.
Neçə dastan yazdılar
Kürdəmir şəhidləri.
Özləri igid və mərd ,
Düşmən müxənnət, namərd..
Yoxluğunuz acı dərd ,
Kürdəmir şəhidləri.
Yenə inlədi kaman,
Deyən dayanır zaman.
Hər birisi qəhrəman,
Kürdəmir şəhidləri.
Dəli Kür tək coşdular,
Sahilləri aşdılar.
Az ömür yaşadılar,
Kürdəmir şəhidləri.
Payızın yazı olduz,
Fərəhin azı olduz.
Dostunuz qazi oldu,
Kürdəmir şəhidləri.
Hay atəşkəs pozandı,
Yuxunu tərs yozandı
Ölümsüzlük qazandı,
Kürdəmir şəhidləri.
Qartal açar qol-qanad,
Yarı qəmli, yarı şad.
Qarabağ oldu azad,
Kürdəmir şəhidləri.
Siz yenilməyən qüdrət,
Siz vətənə məhəbbət.
Tanrı etsin min rəhmət,
Kürdəmir şəhidləri.
20.11.2020
CƏNAB BAŞ LEYTENANT
(Füzulu uğrunda gedən döyüşlərdə 27 yaralı əsgəri
döyüş meydanından çıxararaq özü həlak olan hərbçi,
baş leytenant Hakim Bəşirovun əziz xatirəsinə)
Uşaqlıqdan çox sevərdin hərbini,
Anlayırdın əzabını,cəbrini.
Indi anan qucaqlayır qəbrini,
Donub qalıb indi buz heykəl təki.
Cənab baş leytenant, qəhrəman Hakim.
Təbəssümün getməyirdi üzündən,
Doymamışdı anan şirin sözündən.
Tanıyardı səni ayaq izindən,
Izini qoruyur sanki daş səki.
Cənab baş leytenant, qəhrəman Hakim.
Anan səni yana-yana ağlayır,
Xatirəni ana –ana ağlayır
Yoxluğunu dana- dana ağlayır.
Haraylayır,heyf, dönmürsən lakin,
Cənab baş leytenant, qəhrəman Hakim.
Faşist hayı yoldu açan gülümü,
Torpaq üstə səpələdi külümü.
Tanrı necə qıydı bunca zülümü,
Fələk ölüm fərmanına qol çəkir.
Cənab baş leytenant, qəhrəman Hakim.
Məskən oldu soyuq torpaq səngəri,
Xilas etdin neçə-neçə əsgəri.
Adın indi dilimizin əzbəri,
Səninlə fəxr edir İmişli, Bakı.
Cənab baş leytenant, qəhrəman Hakim.
Siz vətənin basılmayan qalası,
Yolumuzu məzarlıqdan salası.
Imişlinin igid şəhid balası,
Coşar erməniyə qəlbimizdə kin.
Cənab baş leytenant, qəhrəman Hakim.
Qaraltdın ananın günəş-ayını,
Dön gəl, eşit harayını, hayını.
Itirbdir sənsiz günün sayını,
Susuzdan quruyub əkdiyi əkin.
Cənab baş leytenant, qəhrəman Hakim.
Göylərə ucalır ananın ahı,
Açılmaz olubdur sübhü, sabahı.
Başının üstündə dolaşır ruhun,
Əbədi olmusan cənnətdə sakin,
Cənab baş leytenant, qəhrəman Hakim.
Bu, fələyin qurduğu bir hanadı,
Ilmələri dənə-dənə sanadı.
Yaralırn dəfən-dəfən qanadı,
Köməyinə çatammadı bir həkim,
Cənab baş leytenant, qəhrəman Hakim.
Uzanı qalıbdır yaşıl qolları
Sənin tək solubdur çiçək kolları.
Bomboşdur, bombozdur gələn yolların,
Torpağa çökübdür sən qurduğun him,
Cənab baş leytenant, qəhrəman Hakim.
Sən kimə tapşırdın könül yarını,
Qoydun boynubükük iki barını.
Azca inlət muğam çalan tarını
Əzldən axıra qəm oxuyar sim.
Cənab baş leytenant, qəhrəman Hakim.
Neçə şəhid xiyabanı salınıb,
Ermənidən qisasınız alınıb,
Xoş müjdəli zəfər marşı çalınıb.
Qəlbimdən keçəni mən nəzmə çəkim,
Cənab baş leytenant, qəhrəman Hakim.
Qarabağım azad oldu nəhayət
Şəhid ömrü-yazılmamış hekayət,
Ilahi sizlərə eyləsin rəhmət,
Ruhun qarşısında mən də baş əyim,
Cənab baş leytenant, qəhrəman Hakim.
13.11.2020.
QARABAĞ BİZİMLƏDİR
Salam, Şuşam.Gül-çiçəyi xalı kimi sərmişəm.
Izn ver, basım bağrıma.Görüşünə gəlmişəm.
Şükür, Tanrım.Açılıbdır qaş-qabağın,
Gəlib yenə fərəh dolu, o gözəl xoşbəxt çağın..
Bilirdim kl bizsiz sənə çox ağırdır, çətindir,
Sənə doğru gələn yolda addımlarım mətindir.
Səni düşmən tapdağından xilas etdi şanlı ordum,
Qurtarmısan əsirlikdən,Qarabağım, doğma yurdum.
Daha əvvəlki kimi qan ağlamır İsa bulağı,
Gül-çiçək bürüyüb düzü,yox içində bir alağı.
Yol üstündə durub gözlər igidləri xarı bülbül,
Təbiətin möcüzəsi: yarı çiçək, yarı bülbül.
Azad oldu düşmənlərdən Qubadlı, Kəlbəcər, Laçın,
Qızıl Günəş,Ulduz və Ay, daha çox işıq saçın.
Səni əsir edənlər düşdülər dərdə-dərdə,
Yenə həzin avazlar yüksəlsin pərdə-pərdə.
Intiqamın alındı mənfur, yağı düşməndən,
Doyunca su içərik sənin könül çeşməndən.
Bilirsənmi uğrunda igidlər getdi qurban,
Şəhidlərlə fəxr edər, öyünər Azərbaycan.
Candan əziz bildilər doğma,ana vətəni,
Neçə-neçə min oldu muradına yetənim.
Şəhidlikdi arzusu doğma vətən uğrunda,
Onların acısını hiss edirəm ağrımda.
Vətən ana olarsa, qurban gedər neçə can,
Qarabağ bizimlədir əbədi, Azərbaycan.
08.11.2020
ŞUŞAMIZ
Necə də özləyirdik sənin hər bir qarışını,
Həsrətin vüsal ilə dostluğunu, barışını.
Bizim şanlı ordumuz çalıbdır zəfər marşını,
Yenə də günəş doğub, sökülübdür dan, Şuşamız.
Gələcəyə inanıb mərd qalatək dayanmışdı,
Gecəni tənha yatıb səhər bizsiz oyanmışdı,
Yamyaşıl otları da al-qırmızı boyanmışdı,
Bir zamanlar necə də ağlayırdı qan, Şuşamız.
Erməni faşistinin evini ordumuz yıxdı,
Bulağından su içib, gülünü sinəmə sıxdım.
Neçə illərdən sonra görüşünə gəlib çıxdım,
Axır ki azad oldun yağılardan, can Şuşamız.
Doğrusun söyləyiblər:Qoç döyüşünə qoç gərək,
Eh, hanı ermənidə bizimki tək vuran ürək?
Yenə Cıdır düzünü seyrə çıxaq, çiçək dərək,
Günəş tək qəlbimizdə əbədilik yan, Şuşamız.
Yenə də yayılacaq uzaqlara şöhrət-şanın,
Şənliklər bürüyəcək, toy olacaq hər bir anın.
Ruhları şad olubdur Üzeyirin, Natəvanın,
Necə də gülümsəyir mavi göydən Xan, Şuşamız.
10.10 2020.
LAÇIN
Ata-baba yaylağısan,
Qartalların oylağısan.
Düşmənlərə göz dağısan,
Axır oldun azad, Laçın.
Rahat ana qucağısan,
Istisisən, sıcağısan.
Seyid Əbdül ocağısan,
Olacaqsan abad, Laçın.
Qaya tək məğrur durarsan,
Düşmənin yolun burarsan.
Qartal kimi qıy vurarsan,
Bir gün açsan qanad,Laçın.
Yaşamağa elin gəlir,
Elə bil gur selin gəlir,
Qızıl, gümüş, ləlin, gəlir
Çayların billur dad, Laçın.
Qəhrəmanım,igidim var,
Döyüşlərə şahidim var.
Neçə-neçə şəhidim var,
Ruhları olsun şad, Laçın.
01.12.2020.
ŞƏHİDİN MÜBARƏK
Torpaq, üzün göyçək olar,
Azadlığın gerçək olar.
Hərəsi bir çiçək olar,
Vətən, şəhidin mübarək.
Hərb dadını çoxu görər,
Qan qırmızı qoxu görər.
Nə yatdı ki yuxu görə,
Vətən, şəhidin mübarək.
Biri ağlar, biri gülər,
Didəsindən nur tökülər.
Kaş az olsun bu itkilər,
Vətən, şəhidin mübarək.
Elə bil soyu olmamş,
Çinarca boyu olmamış,
Heyf ki toyu olmamış,
Vətən, şəhidin mübarək.
O, şəhidin sevdiyi qız,
Dayanıbdır titrək, yalqız.
Qaralandı bəyaz kağız,
Vətən, şəhidin mübarək.
Xəbər verin anasına,
Bu ellərin sonasına.
Girəcəkdir yuxusuna,
Vətən, şəhidin mübarək.
Qara geyinər bacısı,
Atanın artar acısı.
Sanki min ilin hacısı,
Vətən, şəhidin mübarək.
29.09.2020.