manera.az
manera.az

Gecələr, soyuq olur səngərlər - Şeir

📅 21.12.2020 09:10

Gecələr, soyuq olur səngərlər - Şeir
Gecələr, soyuq olur səngərlər

Gecələr, soyuq olur səngərlər,
Güllələrin işiğında, isinir əsgərlər..
Hərdən yanan da olur,
bir güllə istisindən..
Səngərlər boğulur,
Şəhid arzuların,
tüstüsündən..

Vətənin yara yeri qan verdikcə,
Neçə şəhid qanı vurulacaq,
Vətənin damarlarına..
Ünvanına geç çatan əsgər məktubları..
dönür
Şəhid məktublarına..

Hardasa bir fərarı şampan partladıb,
Qızları qorxuzanda,.
Əsir düşməmək üçün qumbaranı
sinəsinə sıxan oğlanlar,
yadıma düşür..
Tüklərim ürpəşir...

Vətənin ən uca yeri,
Uca bayrağımızın dalğalandığı yerdi..
Vətənin Ana yeri,
Səngərlərdi, səngərlərdi

Aqşin Dadaşoğlu


Baxış sayı - 815 | Yüklənmə tarixi: 21.12.2020 09:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031