manera.az
manera.az

Bayraq kölgəsində şəhid məzarı - ŞEİR

Bayraq kölgəsində şəhid məzarı - ŞEİR
Haqqınızı halal edin, şəhidlər

Şəhidlər qoymadı ensin bu bayraq,
Hər dalğası bir şəhidin ruhudu.
Vətən iman yerim, Vətən inancım,
Bu Vətən savaşı - xalqın ruhudu.

Şuşa baş tacımız, sizsə Şuşanın
Tacını bəzəyən qızıl, zərsiniz.
İki min yeddi yüz səksən üç şəhid,
Bu xalqın dilində ta əzbərsiniz.

İki min yeddi yüz səksən üç şəhid,
Aydın səmalardı, açıq alındı.
Sizin sayənizdə Ağdam azaddır,
Kəlbəcər alındı, Laçın alındı.

İki min yeddi yüz səksən üç şəhid,
Xudayar səsində Vətən sözüsüz.
Qarabağ uğrunda təkcə şəhid yox,
Həm də Qarabağın artıq özüsüz.

Bayraq kölgəsində şəhid məzarı,
Bundan müqəddəs yer tanımıram mən.
Vurulsam, yıxılsam, yaram qan versə,
Durub savaşaram - tanı, buyam mən.

Qan sızan yarandan öpürəm şəhid,
Öpürəm boş qalan çəkmələrindən.
Öpürəm savaşda tabloya dönən,
O məğrur duruşlu əsərlərindən.

Önündə diz çöküb baş əyirik biz,
Can verib can verdin daşa, torpağa.
İndi ürəklərdir sənin Vətənin,
Döndün könüllərdə enməz bayrağa.

Bizə haqqınızı halal eyləyin,
Sizlərin hər addım izi Vətəndi.
İki min yeddi yüz səksən üç şəhid,
Min iki yüz qırx beş yaralı igid,
Yüzlərlə qəhrəman qazi Vətəndi.

04-12-2020

Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930