manera.az
manera.az

Bir Abbas Səhət şedevri

📅 30.04.2018 10:57

Bir Abbas Səhət şedevri
Manera.az Abbas Səhətin "Vətən" şeirini təqdim edir:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.

Südüdür kim, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!


Baxış sayı - 2 596 | Yüklənmə tarixi: 30.04.2018 10:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930