Dünyanın 10 ən məşhur kitab mağazası
Kitablar bizim ən yaxşı dostumuz, həm də bizə yol göstərən mayaklardır. Onların sayəsində başqa dünyalara səyahət edir, özümüzü inkişaf etdirmək imkanı qazanmış oluruq. Buna görə də kitablar da, dostlar qədər diqqətlə seçilməlidir.
Bəzən kitablarla yanaşı, onları seçdiyimiz məkanlar da bizim üçün əhəmiyyət daşıyır. Belə ki, sıradan kitabçılardan fərqli olaraq qədim binalarda yerləşən, fərqli dizaynları olan kitab mağazaları oxucuların daha çox diqqətini çəkir.
Manera.az dünyanın ən məşhur 10 kitab mağazasının siyahısını təqdim edir.
1. “Selexyz Bookstore”, Hollandiya
Bu mağaza 700 illik tarixə malik qədim kilsə binasında yerləşir.
2. “Livrario Lello”, Portuqaliya
Neo-qotik üslubda tikilmiş binada yerləşən bu mağaza 1906-cı ildə açılmışdır. “Harri Potter” filminin bəzi səhnələri burada çəkildikdən sonra, kitab mağazası daha da məşhurlaşmışdır.
3. “Cook and Book”, Belçika
Qeyri-adi dizaynı olan bu mağazada kitab almaqla yanaşı, həm də ləziz yeməklər yemək mümkündür.
4. “El Ateneo Grand Splendid”, Argentina
Dünyanın ən məşhur kitab mağazalarından sayılan “El Ateneo Grand Splendid” əvvəllər kino və teatr mərkəzi olan bir binada yerləşir. Burada tamaşaçı oturacaqlarının yerinə kitab rəfləri yerləşdirilib.
5. “Shakespeare and Company”, Fransa
1919-cu ildən fəaliyyət göstərən bu kitab mağazasında maraqlı kitablarla yanaşı, tarixi Fransa memarlığından da zövq almaq olar.
6. “Atlantis Books”, Yunanıstan
Egey dənizinin sahilində, Santorini adasında yerləşən bu kitab mağazası turistlərin ən çox baş çəkdiyi məkanlardandır. 2002-ci ildə burada istirahət edən Oliver və Krek adlı iki dost adada kitab mağazasının olmadığını görürlər. Beləliklə, onlar 2004-cü ildə adı çəkilən adada “Atlantis Books” kitab mağazasını açırlar.
7. “Ler Devagar”, Portuqaliya
Lissabonda yerləşən bu kitab mağazasında, həm də restoran və kafe yerləşir. Burada tez-tez kitab sərgiləri keçirilir.
8. “Libreria Acqua Alta”, İtaliya
Venesiyada yerləşən bu kitab mağazasında rəfləri kiçik qayıqlar əvəz edir. Belə ki, bu mağazada kitabların çoxu qayıqların içinə yığılıb.
9. “Brattle Bookshop”, ABŞ
Bu mağazanın maraqlı cəhəti isə bir hissəsinin küçədə yerləşməsidir.
10. “Livraria da Vila”, Braziliya
“Livraria da Vila” Braziliyanın ən böyük kitab mağazası olmaqla yanaşı, modern arxitekturası ilə də diqqət çəkir.
Hazırladı: Cahan Seyidzadə /epiloq.az/