manera.az
manera.az

Kitab alıb oxumama xəstəliyi - Tsundoku

Kitab alıb oxumama xəstəliyi - Tsundoku
Manera.az Tsundoku xəstəliyi haqqında məlumatı təqdim edir.

Hər hansı bir insanın oxuya biləcəyindən daha çox kitab alması və sonra oxumadan evdə saxlaması “Tsundoku xəstəliyi” adlanır. “Tsundoku” yapon məşəli sözdür və “tsundo” “yığmaq, bir müddətdən sonra ayrılmaq”, “doku” isə “oxumaq” mənasını verir. Tsundoku xəstəliyinə tutulmuş insanlar oxunmamış yaxud yarıda buraxılmış kitabları toplayır. Hər dəfə kitab oxumaq istəyi yarananda yeni bir kitab satın alırlar.

Tsundoku və Bibliomaniya arasındakı fərq: Tsundoku xəstəliyini çox vaxt bibliomaniya ilə səhv salırlar. Bibliomaniya obsesif-kompulsiv pozğunluqda rast gəlinən zehni simptomdur. Bibliomaniya xəstələrində bir kitaba sahib olmaq istəyi çox güclü olur. Həmin şəxslər bir kitab almasalar yaxud oğurlamasalar özlərini bədbəxt hiss edərlər. Evdə kitabı qoymağa yer olmasa belə mütləq kitab alarlar. Ancaq bu iki xəstəlik arasında böyük bir fərq vardır. Tsundoku xəstəliyində isə şəxs oxumaq üçün kitab alır, lakin müxtəlif səbəblərə görə onları oxuya bilmir.

Bibliomaniyada oxumaq və yığmaq məqsədi olmadan kitab yığır. Tsundoku isə oxumaq və yığmaq məqsədi ilə kitab alıb toplasa da onları oxuya bilmir. Bibliomanlar oxumadıqları kitablara görə heç bir hiss keçirməzlər. Ancaq Tsundoku xəstələri oxumadıqlarına görə böyük bir günah hissi yaşayarlar. Bibliomaniyası olan insanlar kitablarını ayrı-ayrı şəxslərə nümayiş etdirməkdən və çox vaxt sosial platformalarda paylaşmaqdan çox məmnundurlar. Tsundokuda isə kitabı nümayiş etməyi sevməzlər, ancaq yaxşı oxuduqlarını göstərməyə çalışırlar.
Kitab alıb oxumama xəstəliyi - Tsundoku
Tsundoku xəstəliyinin simpomları: Onların daim yeni kitab almalarının dərin bir səbəbi vardır. Gördükləri kitabı birdən haçansa tapa bilməzlər deyə qorxuya düşürlər. Oxumağa dəyər və qəribə kitablar görən kimi o dəqiqə almaq istəyirlər. Çünki satışı tükənər deyə narahatlıq hissi keçirirlər.

Bu səbəblə də kitabları alıb haçansa oxumaq ümidi ilə evdə toplayırlar. Bəzən çapdan yeni çıxmış kitabın ikinci dəfə nəşr olunmayacağı düşüncəsinə qapılırlar. Və yeni çap olunan kitabların hamısını alarlar. Kitaba çox pul xərclədiklərini dedikdə inkar edirlər. Bəzi insanlar paltar və zinət əşyaları alanda sevindiyi kimi tsundoku xəstələri də aldıqları kitaba baxarkən böyük sevinc hissi duyurlar. Bəzi tsundoku xəstələri heyran olduqları adamları təqlid edirlər. Həmin insanların aldığı kitablardan alıb toplayırlar. Ancaq oxumurlar. Tsundoku xəstələri aldığı kitabın üstünlüklərini, ona verəcəyi mənəvi və gözəl duyğuları xəyal edirlər. Bu xəyallar onların oxumaq həvəsinin azalmasına səbəb olur. Oxumağa böyük həvəsləri olsa da vaxt azlığını bəhanə edirlər. Başqaları tərəfindən yaxşı oxucu kimi görülməsini istəyirlər.

Dostlarının kitabı oxuyub-oxumadığını soruşanda böyük qorxu hissi keçirirlər. Bəzən yalan və bəhanə dolu cavablar verirlər. Başqa səbəblə mağazaya getdikləri halda özlərini kitab mağazasında tapırlar. Alıb topladığı kitabları haçansa mütləq oxuyacaqlarını düşünürlər. Aldığı kitabları heçkəslə bölüşmürlər. İsrarla kimsə onlardan kitab götürərsə, həmin kitabı geri almaqdan ötrü dəridən qabıqdan çıxırlar. Elektron kitabları sevmirlər. Kitab rəfinin dolu olması onlara böyük zövq verir. Aldığı kitabları oxumadığı üçün günah hissi keçirirlər, bu hissi basdırmaq üçün yeni kitab alırlar. Kitab ala bilməyəndə özlərini qəmli hiss edirlər, hətta acıqlı davranışlar sərgiləyirlər. Kitab satışı olan saytlarda çox vaxt keçirirlər. Yeni kitab qoxusuna heyran olurlar. Texnologiyanı sevməzlər, bunun əvəzinə şam işığı, kamin, retro mühitləri seçirlər.

Tsundoku xəstəliyinin müalicəsi: Tsundoku xəstələri ilk növbədə bu xəstəliyi qəbul etməlidirlər. Xəstəlik pik həddə çatdıqda ailədə maddi-mənəvi problemlərə yol açarsa mütləq bir mütəxəssisə müraciət etməlidirlər. Psixoterapiya, bəzən də dərman müalicəsi ilə bu vəziyyəti cilovlamaq mümkündür. Elektron və səsli kitablar xəstəliyin azalmasında böyük rol oynaya bilər. /epiloq.az/

Dəniz PənahovaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30